Moskvadan tələb - separatçıların maraqlarını nəzərə alın
Bizi izləyin

Dünya

Moskvadan tələb - separatçıların maraqlarını nəzərə alın

Kreml Kiyevdən növbəti dəfə Donbas separatçıları ilə birbaşa danışıqların aparılmasını tələb edib.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov separatçıların maraqlarının “tam ölçüdə” nəzərə alınmasının vacib olduğunu bildirib.

“Mən Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatını şərh edə bilmirəm. Rusiyanı barmaqla göstərmək deyil, danışıqlar prosesinin iştirakçıları olan “özünümüdafiə bölmələri” ilə danışıqları davam etdirmək lazımdır. Onlar münaqişənin tamhüquqlu iştirakçıları olduğu üçün maraqlarını birbaşa bəyan etmək imkanına malik olmalıdırlar. Kiyev hakimiyyəti bu maraqları tam ölçüdə nəzərə almağa məcburdur”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi 31 yanvarda uğursuzluğa uğrayan Minsk danışıqlarına Rusiyanın reaksiya verməməsini təcavüzə dəstək kimi qiymətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm