Moskva ukraynalılar üçün “açıq qapı” siyasətini davam etdirəcək
Bizi izləyin

Dünya

Moskva ukraynalılar üçün “açıq qapı” siyasətini davam etdirəcək

“Rusiya Federasiyası ukraynalılar üçün xarici pasportlarla giriş rejimini tətbiq etməyəcək”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Martın 1-dən Rusiya Federasiyasının vətəndaşları Ukraynaya yalnız xarici pasportla daxil ola biləcəklər. Mənim eşitdiyimə görə, Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirib ki, bu guya Putinin təşəbbüsüdür. Deyilənə görə, Putin nə vaxtsa belə bir təklif irəli sürüb, amma Kiyevdə onu yalnız indi eşitdilər”, - Lavrov deyib.

Kiyevin Rusiyadan cavab addımını gözlədiyini vurğulayan Sergey Lavrov belə bir addım atmayacaqlarını dilə gətirib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin çağırış yaşı çatan ukraynalıların Rusiyada olma müddətinin artırılmasını təklif edib.

Xatırladaq ki, Rusiya Federasiyasının vətəndaşları martın 1-dən başlayaraq Ukraynaya yalnız xarici pasportla daxil ola biləcəklər. Ukrayna hökumətinin mətbuat xidmətindən bildirilib ki, müvafiq qətnamə baş nazir Arseniy Yasenyuk tərəfindən imzalanıb. Baş nazir Ukrayna-Rusiya sərhədində nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.

Ukrayna baş naziri xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dövlət sərhədindən keçərkən xarici pasportlardan istifadə edilməsi üçün xahiş edirdi: “Biz məhz Rusiyanın xahişini yerinə yetirdik. Vladimir Putin xarici pasportlardan istifadə edilməsini xahiş edirdi. Sərhəddə nəzarəti gücləndirmək Ukraynanın milli təhlükəsizlik maraqlarını təmin etməyə imkan verəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm