Tehran raket texnologiyalarını Hizbullaha ötürüb
Bizi izləyin

Dünya

Tehran raket texnologiyalarını Hizbullaha ötürüb

Tehran özünün raket texnologiyalarını Hizbullah təşkilatına, habelə Fələstin, İraq və Suriyaya ötürüb.

Publika.az-ın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Amir Ali Hajizadeh Fars xəbər agentliyinə bildirib ki, İranın ötürüdüyü texnolgiyalarla Hizbullah öz raketlərini istehsal edə bilərdi.

Komandan bildirib ki, İran “sionist rejimi, İD və başqa kafirlərə qarşı” mübarizəyə həmişə hazırdır.

General Hajizadeh əlavə edib ki, İran həmçinin pilotsuz təyyarələrin – dronların sxemlərini xaricə ötürə bilib.

Ötən noyabrda Hizbullah baş katibinin müavini Şeyx Naim Qassem bildirmişdi ki, təşkilatın cəbbəxanasında İran istehsalı olan dəqiq “Fateh” raketləri var və bu, İsrail üçün çəkindirici faktor olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm