Prezidenti həbs etmək istəyən prokurorun meyiti tapıldı
Bizi izləyin

Dünya

Prezidenti həbs etmək istəyən prokurorun meyiti tapıldı

Argentinada mənzilində meyiti tapılmış prokuror Alberto Nismanın sənədləri arasından prezident Cristina Fernándezin həbsi barədə orderinin qaralaması çıxıb.

Publika.az-ın məlumatına görə, bu məlumatı “The New York Times” qəzeti ölümlə bağlı işi aparan müstəntiqə istinadən verib.

Həbs orderinin qaralamasında iddia olunur ki, Argentina prezidenti Cristina Fernández 1994-cü ildə Buenos Ayresdəki Yəhudi İcma Mərkəzini partlatmaqda əlləri olan iranlıları məsuliyyətdən qorumağa çalışıb.

Prokuror yanvarın 18-də ölüb. O, bir gün sonra ölkə konqresində sözü gedən iddia ilə bağlı çıxış etməli idi. Nisman iddia edirdi ki, prezident iranlılarla əldə etdiyi sövdələşməyə görə 85 nəfərin ölümünə səbəb olmuş partlayışın arxasında duranları gizlətməyə çalışıb.

Müstəntiqlər əvvəlcə prokurorun intihar etdiyini bildirsələr də, bu versiya sonradan rədd edilib. Beləki Nismanın barmaqlarından barıt nişanələri tapılmayıb. Bu arada prokurorun mənzilinə ikinci, “qara girişin” mövcud olduğu da üzə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm