Selfie çəkdirən pilot qəzaya uğradı - FOTOLAR
Bizi izləyin

Dünya

Selfie çəkdirən pilot qəzaya uğradı - FOTOLAR

ABŞ-ın Kolorado ştatı yaxınlığında yüngülmotorlu təyyarənin qəzaya uğramasına səbəb “selfie” olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə keçən ilin mayında baş verib. ABŞ-ın nəqliyyat üzrə milli təhlükəsizlik şurası apardığı araşdırmalardan sonra qəzanın həqiqi səbəblərini tapıb.

Belə ki, təyyarə havaya qalxandan 4 dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə, 29 yaşlı pilot Amritpal Sinqx və onun daşıdığı sərnişin musiqiçi həlak olub. Musiqiçi yerli məktəblərin birində çıxış etməli idi.

Hadisə yerində “GoPro” kamerası aşkar edilib. Kameraya pilot və onun sərnişini düşüb. Məlum olduğu kimi, pilot həmişə alçaq yüksəkliklərdə “selfie” şəkillər çəkdirməklə məşğul olardı. Faciə baş verən günü də pilot şəkil çəkdirmək üçün kameranı yandırıb. Lakin diqqəti yayındığı üçün idarəetməni itirib və qəzaya uğrayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm