Ukrayna Rusiya məmurlarını Haaqa məhkəməsinə verir
Bizi izləyin

Dünya

Ukrayna Rusiya məmurlarını Haaqa məhkəməsinə verir

Ukraynanın Ali Radası bugünkü iclasında Rusiya məmurlarının Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi məsələsinə baxacaq.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, sözügedən məmurlar Ukraynada insanlığa qarşı və hərbi cinayətlərdə ittiham olunur.

Rusiya məmurlarının hərəkətlərinin Ukrayna vətəndaşlarının kütləvi qətlinə gətirib çıxardığı bildirilir.

Bundan başqa, iclasda “Ukraynanın şərqində sülh və sabitliyin təminatı Haqqında” qətnamə layihəsinə baxılacaq. Həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Ukrayna prezidenti rütbəsindən məhrum edilməsi haqqında qanun layihəsi müzakirə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm