Sarkisyan həbs edildi - VİDEO
Bizi izləyin

Dünya

Sarkisyan həbs edildi - VİDEO

Hüquq mühafizə orqanları tərəfindən daha bir “qanuni oğru” həbs olunub.

Publika.az “Praym Kraym” informasiya agentliyinə istinadən xəbər verir ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən Moskvanın Sxodnensk küçəsində yerləşən «Kaleydoskop» ticarət mərkəzində kriminal aləmdə «Ayko Astraxanski» ləqəbilə tanınan, milliyyətcə erməni olan 31 yaşlı «qanuni oğru» Qayk Sarkisyan saxlanılıb.

Verilən məlumata görə, «Ayko Astraxanski» həbs olunduğu zaman sərxoş olub. Aparılmış ekspertiza zamanı «qanuni oğru»nun qanında narkotik maddə aşkarlanıb.

Bundan başqa, həbs olunduğu zaman Qayk Sarkisyanın üzərindən 2,85 qram heroin aşkarlanıb. Bu səbəbdən də onu 3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, oğurluq və quldurluğa görə dəfələrlə mühakimə olunan «Ayko Astraxanski» ötən ilin iyun ayında İrəvanda baş tutan «sxodka» zamanı «qanuni oğru» adına layiq görülüb. Həmin vaxt Ermənistanın yerli «zakonniklər»indən olan «Alo», «Afo», «Samo», «Konço», «Jiro» və «Artyom» Qayk Sarkisyanın namizədliyini dəstəkləyiblər.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm