Şok iddia: “Yanukoviç Qəddafi kimi ölməli idi”
Bizi izləyin

Dünya

Şok iddia: “Yanukoviç Qəddafi kimi ölməli idi”

“ABŞ Yanukoviçi Qəddafi kimi öldürmək istəyirdi. Hakimiyyət dəyişikliyi edən siyasi güclər Ukraynada “Liviya ssenarisi” reallaşdırmağa hazırlaşırdılar”.

Publika.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “Ukrayna iki yol ayrıcında” kitabının təqdimat mərasimində Ukraynada hakimiyyət dəyişikliyinə ABŞ-ın rolunu qiymətləndirərkən deyib.

“Maydan hadisələri gedişatında Liviya variantının reallaşdırması üzrə qruplar formalaşdırılmışdı. Yanukoviç Qəddafi kimi həlak olmalı idi. Mən əminəm ki, hadisələrdə görə günahkar olanlar mütləq cəzalarını çəkəcəklər”, - hazırda Rusiyaya sığınan sabiq baş nazir bildirib.

Onun sözlərinə görə, Ukraynada böhrandan yeganə çıxış yolu yeni konstitusiyanın qəbul edilməsidir: “Yeni konstitusiyada regionlara iqtisadi və maliyyə azadlığını vermək, başqa cür düşünənlərin təqibini dayandırmaq, işgəncələrə və insanların qorxudulmasına son qoymaq lazımdır. Vətəndaş müharibəsi ölkəmizə dağıntılar və qətllər gətirir. Mən anlamıram ki, belə bir vəziyyətə səfərbərlik haqqında fərmanı imzalamaq necə mümkün idi? Ukrayna hakimiyyəti 100 min insanı ətçəkənə göndərdi və onların qəbirlərini əvvəlcədən qazdı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm