Olland Çanaqqalaya, yoxsa İrəvana gedəcək?
Bizi izləyin

Dünya

Olland Çanaqqalaya, yoxsa İrəvana gedəcək?

Fransa prezidenti Fransua Ollandın 24 apreldə həm Çanaqqala qələbəsinin, həm də qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərə dəvət olunması “dövlət başçısı hara gedəcək: Türkiyəyə, yoxsa Ermənistana” sualını ortaya çıxardı.

Publika.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpante bu suala cavab verib.

Səfirin sözlərinə görə, Fransa prezidenti 24 apreldə İrəvanda olacaq. O, Türkiyədə təşkil ediləcək tədbirlərdə isə Fransanı kimin təmsil edəcəyinin hələ dəqiqləşmədiyini söyləyib.

“Hər ölkə bu barədə qərar verməkdə müstəqildir. Fransa prezidenti Olland 24 apreldə İrəvanda olacaq”, - səfir deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq tədbirlərə dəvət edib. Ankara Sarkisyanla yanaşı, 102 dövlət rəsmisinə dəvət məktubu göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm