Yaponiya hərəkətə keçir: 60 illik siyasətdə dəyişiklik
Bizi izləyin

Dünya

Yaponiya hərəkətə keçir: 60 illik siyasətdə dəyişiklik

İŞİD terror təşkilatının girovluğunda olan iki vətəndaşını xilas edə bilməyən Yaponiya qisas andından sonra hərəkətə keçir.

Publika.az xəbər verir ki, Sindzo Abe ölkə xaricində həyatı təhlükədə olan vətəndaşların xilas edilməsi üçün orduya əməliyyat keçirmək səlahiyyəti verilməsini istəyib.

Baş nazir bu fikrini jurnalist Kenji Qotonun öldürülməsindən sonra parlamentdəki bir komissiyanın toplantısında açıqlayıb. Qeyd edək ki, II Dünya Müharibəsində uduzan Yaponiyasının konstitusiyası ordunun ölkə xaricində hərbi əməliyyatlarda iştirakınıböyük ölçüdə məhdudlaşdırır. Lakin baş nazir bu vəziyyəti dəyişdirmək istədiyini əvvəllər də açıqlayıb.

Baş nazirin təklifi qəbul olunarsa, Yaponiyanın müdafiə siyasətində 60 ildən sonra ən böyük dəyişiklik olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm