Dünya
İrandan ABŞ-a xəbərdarlıq: Nüvə proqramına davam etdiriləcək
ABŞ yeni sanksiyalar qəbul edəcəyi halda İran nüvə proqramının icrasını davam etdirəcək və sentrifuqaların sayını artıracaq.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik və siyasət departamentinin baş direktoru Həmin Baedinejad bildirib.
Departament rəhbəri qeyd edib ki, Tehran mart ayının sonunda nüvə proqramı üzrə “altılıq”la (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) keçiriləcək görüşdə yekun razılığın əldə olunacağına ümid edir.
“Biz hələ ki bütün fikir ayrılıqları barədə, o cümlədən uranın zənginləşdirilməsinin səviyyəsi və sanksiyaların ləğv edilməsi ilə bağlı ümumi fikrə gələ bilmədik. Amma martın sonuna kimi razılaşmanın ümumi siyasi çərçivəsini hazırlamaq üçün danışıqları ciddi şəkildə davam etdiririk”, - iranlı diplomat deyib.
Ömər Dağlı
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO