Separatçılar bu şəhəri ələ keçirsə...
Bizi izləyin

Dünya

Separatçılar bu şəhəri ələ keçirsə...

“Debaltseva Rusiya Federasiyası və separatçılar üçün Donetsk aeroportundan daha əhəmiyyətli strateji obyektdir. Bura güclü nəqliyyat qovşağıdır”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici kəşfiyyat xidmətinin sabiq başçısı, ordu generalı Nikolay Malomuj bildirib.

Debaltsevada döyüş güclərinin əsas hissəsinin yerləşdiyini deyən generalın fikrincə, şəhərin tutulması separatçılar və Rusiyanın açıq qələbəsi olacaq. Onun fikrincə, şəhərin itirilməsi düşmənin sonrakı hücumları üçün ilkin şərt və yeni sərhədlər haqqında mümkün sülh danışıqlarında kozır olacaq.

“Ukraynanın təxminən 8-9 min hərbçisi var gücü ilə rəqibə qarşı durmağa çalışır. Silahlı qüvvələr ətraf aləmlə əlaqə, koordinasiya, silahların çatdırılması və hətta döyüşçülərin təhcizatı problemləri ilə üzləşiblər. Rəqib bir çox yollara qismən nəzarət edir. Keçidlər və blokpostlarımız sığınacaqsız qalıb, yollar təxliyyə üçün təhlükəlidir. Silahların və döyüş sursatlarının çatdırılması haqqında ümumiyyətlə danışmıram”, - general deyib.

Onun sözlərinə görə, yeni ehtiyatlardan istifadə edərək müxtəlif istiqamətlərdən güclü strateji hücuma keçmək lazımdır: “Əlavə güclər və vasitələr, xüsusilə artilleriya qüvvələri, tanklar və rəqibin arxasına keçəcək mobil desant qrupları cəlb olunmalıdır. Əgər bütün bunlar olarsa və əməliyyat düzgün hazırlanarsa, vəziyyəti xilas etmək mümkün olacaq. Bu müvəffəq olacağıq, ya yox, bu ən yaxın 1-2 həftə ərzində məlum olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm