• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Putindən hökumətə göstəriş

  • Dünya
  • 5 Fevral 2015 06:32
  • 982 Baxış
Putindən hökumətə göstəriş

Rusiya prezidenti Vladimir Putin hökümətə şəhərətrafı elektrik qatarların işini təcili olaraq bərpa etməyi tapşırb.

Publika.az xəbər verir ki, bu barədə Kremlə istinadən İnterfax agentliyi məlumat yayıb.

"Şəhərətrafı dəmiryol hərəkətı gecikmədən bərpa olunmalıdır, Dəmiryol Yol idarəsi regionlar üzrə problemin həllini təmin etməlidir", - Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, qatarların hərəkətini parlament və hökümətin rəsmi qərarlarını gözləmədən bərpa etmək lazımdır.

Baş nazirin müavini Arkadi Dvorkoviç 1 günə elektrik qatarlarının hərəkətinin bərpası barədə iqtisadi əsasnaməni hazırlayacağına söz verib. Rusiyanın 22 regionunda şəhərətrafı dəmiryol nəqliyyatı ilə bağlı problemlər yaşanmaqdadır.

Tula və Pskov vilayətlərində isə elektrik qatarlarının hərəkəti tamamilə kəsilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR