Pilot niyə diri-diri yandırıldı? – İŞİD-dən açıqlama
Bizi izləyin

Dünya

Pilot niyə diri-diri yandırıldı? – İŞİD-dən açıqlama

“İslam Dövləti” (İŞİD) terror təşkilatı qurbanlarını indiyə kimi başlarına atəş açaraq, başlarını kəsərək və yaxud da daşlayaraq öldürürdü. İordaniyalı pilot isə diri-diri yandırılaraq edam edildi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı pilotu yandıraraq öldürməsini “şəhərimizin üzərinə bomba yağdıranları biz də bu şəkildə cəzalandırırıq” şəklində izah edib.

Xatırladaq ki, İŞİD ötən ilin sonlarında girov götürdüyü iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbini fevralın 3-də diri-diri yandıraraq öldürüb. İŞİD-in dünən yayımladığı 22 dəqiqəlik videoda pilotun yandırılması görüntüləri yer alıb. Edam götüntüləri dünən İŞİD-in paytaxtı hesab olunan Rakkada küçələrdə yerləşdirilən televizorlar vasitəsilə də nümayiş etdirilib.

İŞİD iordaniyalı pilotun yandırıldığı yeri də məqsədli olaraq seçib. Həmin yer ABŞ təyyarələrinin bombaladığı bir evin qarşısı olub.

Terror mütəxəssisləri qeyd edir ki, İŞİD insanları baş kəsərək və yaxud da daşlayaraq öldürməsinə islami istinadlar gətirsə də, insanların diri-diri yandırılması mövzusunda belə bir istinad edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm