Erməni oliqarxdan Sarkisyana: “Əbədi olaraq vaxtınız yoxdur”
Bizi izləyin

Dünya

Erməni oliqarxdan Sarkisyana: “Əbədi olaraq vaxtınız yoxdur”

Yaxın vaxtlarda İrəvan da daxil olmaqla Ermənistanın bütün ərazisində ümumxalq mitinqlərə start veriləcək.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə erməni oliqarxı, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan müxalif siyasi güclərin iştirakı ilə keçirilən tədbirdə bildirib.

Qaqik Sarukyanın sözlərinə görə, əsas məqsəd ölkədə siyasi inhisarçılığın kökünü kəsməkdir: “Ermənistana yeni və keyfiyyətli hakimiyyət lazımdır. Bu hakimiyyətin rəhbərliyində yeni təhsilli şəxslər olmalıdır. Mən bu cür namizədləri dəstəkləməyə hazır olduğumu bildirirəm. Ermənistanda və onun hüdudlarından kənarda yaşayan ali təhsilli erməni mütəxəssisləri mövcud hakimiyyətin alternativinin formalaşması üçün birləşməyə dəvət edirəm. Top hakimiyyətdədir, amma onun vaxtı əbədi deyil və qərar qəbul etməlidir”.

“Çiçəklənən Ermənistan” lideri qeyd edib ki, onun üçün Ermənistanda düşmən, yaxşı və ya pis siyasi güclər yoxdur: “Çünki yaranmış vəziyyətdə hakim partiyadan başqa bütün siyasi güclər özlərini oyundan kənar hiss edirlər. Hakimiyyət başqa siyasi güclərə yanaşmanı dəyişdirməlidir”.

Qeyd edək ki, tədbirdə “Çiçəklənən Ermənistan” Partiyasının üzvləri ilə yanaşı Ermənistan Xalq Partiyasının lideri Tiqran Karapetyan, “İrs” Partiyası və Erməni Mlli Konqresin nümayəndələri iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm