Separatçılara ağır zərbə: bir gündə 200 ölü - FOTOLAR
Bizi izləyin

Dünya

Separatçılara ağır zərbə: bir gündə 200 ölü - FOTOLAR

Ukrayna anti-terror gücləri son bir gün ərzində separatçıların təxminən 200 döyüşçüsünü və 7 hərbi texnikasını məhv edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə anti-terror qərargahının sözçüsü Anatoli Stelmax bildirib.

Anatoli Stelmax fevralın 4-dən 5-nə keçən gecə rəqibin Ukrayna qoşunlarının mövqelərini 21 dəfə atəşə tutduğunu deyib. Onun sözlərinə görə, rəqib minaatanlar və artilleriyadan istifadə edirdi.

“Ukrayna bölmələri artilleriya zərbələri ilə cavab verib və quldurları atəşi dayandırmağa məcbur edib. Düşmənin ən böyük təzyiqi məhz Debalsevo istiqamətində müşahidə olunur. Düşmənin bütün hücumları Ukrayna ordu bölmələri tərəfindən müvəffəqiyyətlə dəf edilib. Bir gün ərzində rəqibin itkiləri, ilkin məlumatlara görə, 190 döyüşçü və 7 ədəb hərbi texnika olub. Bu statistika növbəti dəfə təsdiq edir ki, terrorçular üçün insan həyatının qiyməti yoxdur”, - Stelmax bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm