Kreml şokda: “qara siyahı”ya daha 9 şirkət və 19 şəxsin adı salınır
Bizi izləyin

Dünya

Kreml şokda: “qara siyahı”ya daha 9 şirkət və 19 şəxsin adı salınır

Rusiyanın ayrı-ayrı vətəndaşları və şirkətlərinin yer aldığı “qara siyahı” Avropa Birliyi tərəfindən genişləndiriləcək.

Publika.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi şəxsi mənbələrə istinadən bildirib.

“Avropa Birliyi siyahıya 19 Rusiya vətəndaşı və 9 şirkəti əlavə edəcək”, - agentlik xəbər verir.

Qeyd edək ki, Rusiya və Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə əlaqədar pisləşib. Avropa Birliyi və ABŞ 2014-cü ilin iyulunda Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı ağır sanksiyalar tətbiq edib. Xüsusi olaraq, ötən il Rusiyanın ən böyük maliyyə institutlarına qarşı sanksiyalar qəbul edilib və faktiki olaraq Qərbin kapital bazarlarına giriş bağlanılıb.

ABŞ və Avropa Birliyi həmçinin Rusiyanın siyasətçiləri və biznesmenlərə qarşı sanksiyaları tətbiq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm