Putin səfərbərlik elan etdi
Bizi izləyin

Dünya

Putin səfərbərlik elan etdi

Putin səfərbərlik elan etdi

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların 2015-ci ildə hərbi təlimə çağırılması haqqında fərman imzalayıb.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

“Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları 2015-ci ildə Rusiya Federasiyasının Silahlı Qüvvələri, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin daxili qoşunları, dövlət mühafizəsi orqanları və Federal təhlükəsizlik xidmətinin orqanlarında iki ay müddətinə hərbi təlim keçməsi üçün çağırılsın”, - sənəddə qeyd edilir.

Çağırışa cəlb olunan bütün vətəndaşlar iki gün ərzində çağırış məntəqələrinə gəlməyə məcburdur. Üzrsüz səbəbdən gəlməyənlər 100 rubldan 500 rubla qədər cərimə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm