“Fərarilər güllələnsin!” parlamentdən QƏRAR
Bizi izləyin

Dünya

“Fərarilər güllələnsin!” parlamentdən QƏRAR

Ukraynanın Ali Radası fərarilərə qarşı silah tətbiq etməyə icazə verən qanun qəbul edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, müvafiq sənəd Ali Radanın saytında yerləşdirilib.

Sənədə görə, əgər digər üsullarla bu cür cinayətkar əməllərinin qarşısını almaq mümkün deyilsə, fərarilərə qarşı silahdan istifadə etmək olar.

Sözügedən qanun layihəsinin müəllifləri keçmiş prezident administrasiyasının başçısı Sergey Paşinski, batalyon komandirləri Andrey Teteruk və Yuri Berezadır. Xüsusi qeyddə bildirilir ki, qanun “xüsusi dövrdə qanun-qaydanın saxlanılması” üçün lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm