Kerri: “Rus əsgərlərinə gözlərimizi yuma bilmərik”
Bizi izləyin

Dünya

Kerri: “Rus əsgərlərinə gözlərimizi yuma bilmərik”

“ABŞ Rusiya ilə müharibəyə başlamaq istəmir. Biz Donbas hövzəsində münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyirik”.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Con Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə brifinqdə deyib.

“Biz Rusiya ilə müharibə istəmirik. Bunu heç kəs istəmir. Biz ümid edirik ki, Rusiya diplomatik həll üçün geniş imkanlardan istifadə edəcək. Amma biz sərhədi keçən tanklara və Rusiya əsgərlərinə, separatçılara edilən yardımlara gözlərimizi yuma bilmərik. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik”, - Kerri bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, Rusiya rəhbərliyi özünün də imzaladığı razılaşmaları yerinə yetirməlidir: “Rusiya Minsk razılaşmaları yerinə yetirməli və Ukraynaya qarşı təcavüzə son qoymalıdır. Rusiya danışıqlar stoluna oturmalıdır. ABŞ Rusiyadan qoşunların Şərqi Ukraynadan çıxarılmasını və bütün girovların azad olunmasını gözləyir”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə ABŞ-ı Rusiyaya zərər vermək məqsədi ilə Ukraynaya hərbi dəstək göstərməkdə ittiham edib. Putin ötən ayın 26-da Ukrayna ordusunu “NATO legion”u adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm