Səfərbərliyə kimlərin cəlb ediləcəyi açıqlandı
Bizi izləyin

Dünya

Səfərbərliyə kimlərin cəlb ediləcəyi açıqlandı

Ukrayna ordusuna səfərbərliyə cəlb ediləcək vətəndaşların yaşlarına deyil, fiziki göstəricilərinə diqqət yetiriləcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumatda çağırışa cəlb ediləcək vətəndaşların fiziki göstəricilərinə üstünlük veriləcəyi bildirilib. Baş Qərargahın mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov açıqlamasında səfərbərliyə çağırılanların 54 faizinin xidmətə hazır olduğunu bildirib: “300 nəfər çağırışa cəlb edilirsə, bunlardan 160-ı səfərbərliyə hazır olur. Bu səbəbdən də daha çox insana çağırış vərəqəsi göndəririk ki, seçim etmək asan olsun. Biz xəstə insanları çağırmağa maraqlı deyilik. Çünki xəstə olan hərbi qulluqçuların müalicəsi əlavə xərc tələb edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm