Dünya
İslam Dövlətində uşaqlar zorlanır: ŞOK HESABAT
İraqda “İslam Dövləti” yaraqlı qruplaşması uşaqlardan
intiharçı-terrorçu kimi istifadə edir, onları oğurlayaraq seks
qulları kimi satır və ya onlardan canlı qalxan kimi
yararlanır.
Publika.az-ın məlumatına görə, bu barədə BMT-nin sonuncu hesabatında deyilir.
BMT-nin Uşaq Haqları üzrə Komitəsi İraqda silahlı qruplaşmalar,
xüsusən də “İslam Dövləti” yaraqlı qruplaşmasının çoxsaylı uşaqları
öz tərəflərinə cəlb etmələrindən dərin narahatlıq ifadə edib.
Hesabata görə, “İslam Dövləti” yaraqlı qruplaşmasının hədəfində
adətən iradəsi daha asan sındırılan azyaşlılar olur, məsələn,
küçədə yaşayan aciz uşaqlar, və ya Suriya və Türkiyədən olan
valideynlərini itirmiş qaçqın uşaqlar.
BMT-nin hesabatında “uşaqlara qarşı sistemli şəkildə seksual
zorakılıq”dan da narahatlıq ifadə olunur. Bildirilir ki, “İslam
Dövləti” yaraqlı qruplaşması adətən milli-dini azlıqlardan olan
uşaqları hədəf seçir, oğurlayır və onları seksual köləyə
çevirir.
Fevralın 4-də hesabatla bağlı brifinqdə BMT-nin Uşaq Hüquqları
Komitəsinin eksperti Renate Winter jurnalistlərə “problemin əhatə
dairəsinin olduqca geniş” olduğunu deyib.
Winter bildirib ki, “İslam Dövləti” yaraqlı qruplaşması təkcə
yezidi və yezidi kimi azlıqlardan olan uşaqları yox, eləcə də sünni
və şiə azyaşlılarını da hədəfə alır.
2014-cü ilin iyunundan Mosulda nəzarəti ələ keçirəndən sonra “İslam
Dövləti” yaraqlıları dini azlıqdan olan minlərlə insanın ölümünə və
ya yerdəyişməsinə səbəb olub. Təkcə Yezidi azlıqları arasında
yüzlərlə qadın və uşaqlar zorlanıb və işgəncələrə məruz qalıb.
Onların bəziləri hətta intihar həddinə çatdırılıb.
BMT-nin hesabatına görə, “İslam Dövləti” qrupu azyaşlılardan həm də
kamikadze kimi istifadə edir. Bu cür uşaqların əksəriyyəti aciz və
ya sözügedən qruplaşmaya valideynləri tərəfindən satılan
uşaqlardır.
“Reuters”ə müsahibəsində komitənin eksperti Winter deyib ki,
yaraqlılar tərəfindən kamikadze kimi istifadə olunan uşaqların
böyük əksəriyyəti “nə etdiklərini, nə baş verdiyini anlamadan” bu
yolu getmiş olurlar.
Yaraqlılar “İslam Dövləti” qruplaşmasının obyektlərini hava
hücumlarından müdafiə etmək məqsədilə həm də uşaqlardan canlı
qalxan kimi istifadə edirlər.
Hesabatda o da bildirilir ki, “İslam Dövləti” yaraqlıları
müəllim və səhiyyə işçilərini edam edir, məktəblərə, istirahət
zonalarına və xəstəxanalara hücumlar təşkil edir.
Mosulda 12 yaşlı uşaqlar hərbi təlimlərə cəlb olunur. Hesabatda
bildirilir ki, uşaqlardan müxtəlif məqsədlər üçün yararlanırlar,
məsələn, bombaların hazırlanması, buraxılış məntəqələrində keşikçi,
hətta adam oğurluğunda köməkçi məqsədilə.
Winter qeyd edir ki, hətta online yayılmış videolardan birində 8
yaşlı uşağın necə əsgər kimi hazırlandığı nümayiş olunur.
İraqda olduğu kimi Suriyada da “İslam Dövləti” qrupu azyaşlılara
hərbi təlimlərin keçirilməsini və onlardan kamikadze kimi istifadə
etdiklərini gizlətmirlər.
Noyabr ayında yayılmış video çarxda etnik qazax uşaqlara hərbi
təlimlərin keçirildiyi açıq-aydın görünür. Yanvarda yayılmış daha
bir vediodan isə görünür ki, etnik qazax olduğu güman edilən bir
oğlan uşağından iki rusdilli kişinin öldürülməsində istifadə
olunur.
Sosial şəbəkələrdə də tez-tez əsgər paltarı geyinmiş silah və ya
biçaq gəzdirən azyaşlıların şəkilləri yayılır.
Uşaqları istismar edən təkcə “İslam Dövləti” yaraqlıları deyil. Hesabatda qeyd olunur ki, uşaqlar həm də İraq hökumətini dəstəkləyən könüllü dəstələrə cəlb olunur, bundan başqa İraqda olan Suriyalı qaçqın uşaqlara təzyiqlər olunur ki, ölkələrinə geri qayıdıb Azad Suriya Ordusuyla döyüşsünlər.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY