“Ermənistanda "böyük partlayış"ı gözləyirlər”
Bizi izləyin

Dünya

“Ermənistanda "böyük partlayış"ı gözləyirlər”

“2015-ci ilin yanvarı Ermənistan üçün sınaqlar ayı oldu. Cəbhədə baş verənlər ona gətirib çıxardı ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümid etməyi dayandırdı”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” qəzetində ekspert Naira Ayrumyan yazıb.

Siyasi ekspert “Ermənistanda böyük “partlayışı” gözləyirlər” başlıqlı yazısında qeyd edir ki, Gümrüdə bir ailənin Rusiya hərbçisi tərəfindən güllələnməsi Ermənistanın müstəmləkə acizliyini ortaya qoydu: “Ölkənin təhlükəsizliyinin təmin olunmasında Rusiya roluna yenidən baxılması hadisənin əsas nəticəsi oldu. Faciə həmçinin iki dövlətin rəhbərliyi arasında münasibətlərin deyildiyi kimi hamar olmadığını göstərdi”.

Naira Ayrumyan həmçinin Avropa Şurası Parlament Assambleyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi haqqında qətnamənin qəbul olunması zamanı Ermənistanın bitərəf qalmasına diqqət çəkir. Onun sözlərinə görə, bu, Moskva ilə vassal münasibətləri təkrar gözdən keçirmək üçün Ermənistanın zəif cəhdi idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm