Kreml Ukraynadakı qoşunlarını leqallaşdırmağın yolunu tapdı
Bizi izləyin

Dünya

Kreml Ukraynadakı qoşunlarını leqallaşdırmağın yolunu tapdı

“Donbas hövzəsinə sülhməramlıların göndərilməsi ideyası prinsip etibarilə müzakirə edilə bilər”.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş bildirib.

“Sabahkı görüşdən asılı olmayaraq demək istəyirəm ki, bu cür ideyalar ekspertlər səviyyəsində müzakirə edilir. Sabah prezidentlərin görüşündə də sülhməramlıların Donbasa göndərilməsi ideyası müzakirə edilə bilər. Amma dəqiq fikir söyləmək çətindir. Danışıqların gedişatına baxacağıq”, - Lukaş deyib.

Ukraynalı ekspertlər hesab edir ki, Rusiya sülh missiyası bəhanəsi ilə Donbas hövzəsinin işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını leqallaşdırmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm