Putin Krım tatarlarının müraciətinə rədd cavabı verdi
Bizi izləyin

Dünya

Putin Krım tatarlarının müraciətinə rədd cavabı verdi

Ötən ilin mart ayında Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının Yalta şəhərində “Böyük üçlüyün” (İosif Stalin, Uinston Çörçil və Franklin Ruzvelt) abidəsinin açılışı olub.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, abidə Hitler əleyhinə koalisiyaya daxil olan ölkələrin liderlərinin Yaltada görüşünün 70-ci illiyi münasibətilə ucaldılıb.

Abidə Rusiya heykəltəraşı Zurab Sereteli tərəfindən yaradılıb və ötən ilin noyabr ayında Krıma çatdırılıb. Qeyd edək ki, Hitler əleyhinə koalisiyanın üç ölkəsi - SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə Yalta konfransı 1945-ci il fevralın 4-dən 11-dək keçirilib.

Krım tatarlarının milli hərəkatı isə “Böyük üçlüyün” abidəsinin ucaldılması ilə bağlı Krım hakimiyyətinin qərarına etiraz edib. Hərəkatin nümayəndələri abidənin ucaldılmasını “terror və neostalinizmə qayıdışın açıq əlaməti kimi” qiymətləndiriblər. Hesab olunur ki, abidənin ucaldılması Krım cəmiyyətində ən böyük parçalanmaya gətirib çıxaracaq. Hərəkatın etiraz məktubu Rusiya prezidenti Vladimir Putin, Dövlət Duması, Federasiya Şurası və Rusiya Baş prokurorluğuna göndərilib. Görünür, müraciət lazımı nəticəni verməyib.

Abidəyə qarşı fevralın 4-də Krım tatarlarının lideri, Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilov da qarşı çıxıb. O, bu addımı Rusyanın təxribatı kimi qiymətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm