"Sony Pictures"in direktoru istefa verdi
Bizi izləyin

Dünya

"Sony Pictures"in direktoru istefa verdi

Sony Pictures şirkəti üzərinə ötən dekabrda baş vermiş haker hücumlarının ardınca şirkətin direktoru Amy Pascal istefa verib.

Publika.az-ın məlumatına görə, haker hücumu ona aid bir sıra şəxsi emaillərin açılmasına səbəb olub. Xanım Pascal bildirib kİ, may ayında özünün yeni studiyasını açacaq.

O açıqlanmış emaillərinin yaratdığı narahatlığa görə üzrxahlıq edib.

Amy Pascal-la Sony arasında əldə olunmuş razılaşmaya əsasən Sony Pictures qarşıdan gələn 4 ildə onun yeni studiyasını maliyyələşdirəcək.

Bəzi məlumatlara görə, açıqlanmış elektron məktublarda Pascal prezident Obamanın bəzi vərdişləri barədə lağlağı şərhlər edib. O deyib ki, emaillərdəki şəxsi məlumat olsa da, üzr istəməyi özünə borc bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm