Putin dayanmır: 70 nəfərlik “xüsusi təyinatlı dəstə” Ukraynada
Bizi izləyin

Dünya

Putin dayanmır: 70 nəfərlik “xüsusi təyinatlı dəstə” Ukraynada

Rusiya Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafına “xüsusi təyinatlı dəstə” göndərib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna xalq deputatı, “İnformasiya müqaviməti" qrupunun rəhbəri Dmitri Tımçuk “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə “xüsusi təyinatlı dəstə” Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdindəki Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq hərbçiləridir. Hərbi ekspert Alçevska istiqamətindən göndərilən “xüsusi təyinatlı dəstə”nin tərkibində 70-ə qədər sabiq hərbçinin olduğu deyilir.

Xalq deputatı qeyd edir ki, Debaltsevoda məhv edilən separatçıların cəsədlərinin növbəti partiyası Krasnıy Luça çatdırılıb. Dmitri Tımçuk onlardan çoxunun Rusiya vətəndaşları olduğunu bildirib. Yerli sakinlər qohumlarının cəsədlərini götürəndən sonra qalanları Rusiyaya yola salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm