Türkiyədə “Ərdoğan” körpüsü
Bizi izləyin

Dünya

Türkiyədə “Ərdoğan” körpüsü

Türkiyənin Avropa ilə Asiya hissəsini bir-birinə bağlayacaq 3-cü İstanbul körpüsünün adı məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, körpüyə “Rəcəb Tayyib Ərdoğan Körpüsü” adı veriləcək.

Türkiyə nəqliyyat naziri Lütfü Elvanın “Vətəndaşlarımız körpüyə hörmətli prezidentimizin adının verilməsini israrla dilə gətirdilər. Bunu hörmətli prezidentə də bildirəcəyik. Özü də müvafiq görərsə, körpüyə “Rəcəb Tayyib Ərdoğan Körpüsü” adının verilməsinin düzgün olacağını düşünürük” deyib.

Qeyd edək ki, körpüyə ilk vaxtlar Yavuz Sultan Səlim adının verilməsini təklif edilmişdi. Lakin bu əhalinin müxtəlif təbəqələri, o cümlədən bəzi müxalif partiyaları tərəfindən etirazla qarşılanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm