Dünya
Moskvada Ukrayna danışıqları başladı: Merkel isə ümidsizdir
Moskvada Rusiya, Almaniya və Fransa nümayəndələrinin yüksək səviyyəli görüşü başlayıb.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüş mətbuat üçün qapalı keçirilir.
Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında bu gün keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan görüşdə prezidentlərin və kanslerin köməkçiləri, nazirliklər və idarələrin ekspertləri iştirak edir.
Almaniya kansleri Rusiya prezidenti ilə keçirəcəyi görüş öncəsi “Blomberg” agentliyinə müsahibəsində görüşün nəticələri ilə bağlı çox ümidsiz olduğunu büruzə verib. Merkel bildirib ki, Moskvada keçiriləcək bugünkü danışıqların Ukraynanın şərqində atəşin dayandırılması haqqında sazişə gətirib çıxaracağına şübhə edir.
“Biz hələ bilmirik ki, bugünkü danışıqlar müvəffəqiyyətli olacaqmı və ya sonrakı danışıqlara ehtiyac yaranacaqmı? Moskvada danışıqların qısamüddətli və ya uzunmüddətli olacağı da qeyri-müəyyəndir”, - Merkel vurğulayıb.
Ömər Dağlı
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər