• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Devid Kamerondan Sarkisyanın dəvətinə rədd cavabı

  • Dünya
  • 6 Fevral 2015 17:31
  • 487 Baxış
Devid Kamerondan Sarkisyanın dəvətinə rədd cavabı

Böyük Britaniyanın baş naziri Devid Kameron qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı İrəvanda 24 apreldə keçiriləcək tədbirlərdə iştirak etməyəcək.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə erməni jurnalistlərlə söhbətində Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.

Səfirin sözlərinə görə, baş nazir tədbirlərin Ermənistan və bütün dünyanın erməniləri üçün böyük əhəmiyyətini anladığını, ancaq şəxsən gələ bilməyəcəyini təəssüflə ifadə edib.

Qeyd edək ki, dünyanın 100-dən çox ölkəsinin liderləri ilə yanaşı, Devid Kameron da Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlərə dəvət olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR