Ukraynada döyüşən taciklər məsuliyyətə cəlb olunmayacaq
Bizi izləyin

Dünya

Ukraynada döyüşən taciklər məsuliyyətə cəlb olunmayacaq

Müqavilə əsasında Rusiya ordusunda xidmət edən və Rusiyanın maraqları üçün münaqişələrdə döyüşən Tacikistan vətəndaşlarını öz vətənlərində cinayət məsuliyyətindən azad edəcəklər.

Publika.az-ın məluamtına görə, Tacikistan parlamenti başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak üçün cinayət məsuliyyəti nəzərdə tutan maddəyə düzəliş edib. Edilən düzəlişlər əsasən Suriya və İraqda antihökumət qüvvələrinin və terrorçuların sıralarında döyüşən Tacikistan vətəndaşlarına aiddir.

“Rusiya bizim üçün xüsusi bir ölkədir və bizi xüsusi münasibətlər birləşdirir. Rusiya ordusunda xidmət edən taciklərin böyük əskəriyyəti Rusiya vətəndaşı olan taciklərdir. Onların çoxu artıq necə illərdir Rusiya Silahlı Qüvvələrinin sıralarında xidmət edir” – Tacikistan parlamenti qanunçuluq və insan haqları komitəsinin rəhbəri Maxmadali Vatanov deyib.

Qeyd edək ki, bu ilin əvvəllərində Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində xidmət haqqında qanuna düzəlişləri imzalayıb. Bu düzəlişlərə görə həmçinin müqavilə əsasında xidmət edən əcnəbilərin hərbi münaqişlərdə Rusiyanın tərəfində döyüşməsinə icazə verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm