Krıma quru yolu reallaşır: Debaltsevo boşaldılır
Bizi izləyin

Dünya

Krıma quru yolu reallaşır: Debaltsevo boşaldılır

Ukraynanın Debaltsevo rayonunda mülki əhalinin döyüş bölgəsindən çıxarılması üçün “yaşıl dəhliz” fəaliyyətə başlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, hazırda Debaltsevodadır və evakuasiya dəhlizi artıq təsdiq olunub.

Qeyd edək ki, ötən gün mülki əhalinin çıxarılması məqsədilə Ukrayna hərbçiləri ilə separatçılar arasında atəşin dayandırılması barədə razılaşma əldə olunub. Əhalinin çıxarılması məqsədilə Debaltsevoya 20 avtobus göndərilib. Separatçıların nəzarətində olan bölgəyə və ya Ukraynaya getmək isətyi isə sakinlərin öz ixtiyarına verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm