Slovakiyadan homoseksuallara qadağa
Bizi izləyin

Dünya

Slovakiyadan homoseksuallara qadağa

Slovakiya homoseksualların hüquqlarını məhdudlaşdıracaq və onların övladlığa uşaq götürməsini qadağan edəcək qanun barədə referenduma hazırlaşır.

Publika.az-ın məlumatına görə, iştirakçılara ünvanlanacaq üç sualdan birində onlardan nikahın yalnız qadın və kişi arasında ola biləcəyi barədə soruşulacaq. Bu referendum barədə qərar ötən il homoseksual nikahları qadağan edən konstitusiya qanununun qəbulundan sonra keçirilir.

Amnesty International insan haqları təşkilatı referendumun keçirilməsini tənqid edib. Təşkilat bildirib ki, bu qadağa konstitusiya qanununa çevrilərsə, onu gələcəkdə ləğv etmək çox mürəkkəb olacaq.

Müşahidəçilər qeyd edirlər ki, əhalisinin əlksəriyyətini katoliklər təşkil edən Slovakiyada mühafizəkarlar “Qərbin zərərli təsirinin” qarşısını almağa çalışırlar.

Xorvatiyada buna bənzər referendum 2013-cü ildə keçirilib, Macarıstanda isə baş nazir Viktor Orban ailə dəyərlərinin kampaniyasını aparır.

Avropa İttifaqı 28 üzv ölkəyə nikah və övladlığa götürməyə dair qanunlar məsələsində sərbəstlik verib.

Slovakiya referendumunun etibarlı sayılması üçün onda səs hüququ olanların 50 faizindən çoxunun iştirakı zəruridir.

Roma Papası referenduma çərşənbə ibadəti zamanı xeyir-dua verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm