Yəməndə müvəqqəti hökumət quruldu
Bizi izləyin

Dünya

Yəməndə müvəqqəti hökumət quruldu

Yəməndəki şiə Husi hərəkatının qiyamçıları hakimiyyəti ələ aldıqlarını və parlamenti buraxdıqlarını elan ediblər.

Publika.az-ın məlumatına görə, qrup televizya ilə yaydıqları bəyanatda qeyd edib ki, keçid dövrü üçün beş nəfərdən ibarət şura prezidentin səlahiyyətlərini icra edəcək.

Qrup ilk dəfə ötən sentyabrda paytaxt Sanaa üzərində nəzarəti ələ aldıqdan sonra bu ilin yanvarında prezident Abed Rabbo Mansour Hadi istefaya məcbur olub.

Husi hərəkatı ölkəni təlatümdən çıxarmaq üçün bütün siyasi partiyaları bir araya gəlməyə çağırıb və bildirib ki, əks təqdirdə “başqa cür hərəkət” edəcək.

Bir sıra təhlilçilər bildirirlər ki, bu hadisə Yəməndə Husi çevrilişinin başa çatmasını göstərir və ölkəyə müəyyən müddətdə sabitlik gətirə bilər. Eyni zamanda onların hakimiyyətinin ölkənin sünni və cənublu liderləri tərəfindən tanınmayacağı və Yəməni parçalanmaya sürükləyəcəyi ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm