Ərdoğanı dinləyənlər həbs edilib
Bizi izləyin

Dünya

Ərdoğanı dinləyənlər həbs edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarına qulaq asanlar həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Bursada QHT təmsilçilərilə görüşü zamanı deyib. Onun sözlərinə görə, baş nazir işlədiyi müddətdə onun ofisini dinləyənlərdən iki nəfər Rumınyada saxlanılıb.

“Otağımı dinləyənlərdən ikisi Xorvatiyaya, oradan Macarıstana, daha sonra isə Rumıniyaya keçən həmin şəxslər ələ keçirilib. Danışıqlar aparılır, qısa bir zamanda onların Türkiyəyə təhvil veriləcəyinə ümid edirik", - Ərdoğan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm