• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ukrayna ordusu bütün Rusiyanı tuta bilər” – Saakaşvilidən sensasiyalı bəyanat

  • Dünya
  • 7 Fevral 2015 11:32
  • 702 Baxış
“Ukrayna ordusu bütün Rusiyanı tuta bilər” – Saakaşvilidən sensasiyalı bəyanat

Ukrayna hərbçilərinə müvafiq silah, təcrübə və bilik verilsə, onlar bütün Rusiyanı tuta bilərlər.

Publika.az-ın məlumatına görə, bunu Ukraynanın “24 telekanal”na müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Gürcüstanın keçmiş prezidenti əmindir ki, Ukraynanın ən böyük boşluğu köhnəlmiş tank əleyhinə silahlardan istifadə etməsidir: “Lakin ABŞ-da daha yeni silahlar var. Əgər onlar Ukraynaya verilərsə, o zaman rusların ilk 50 tankı məhv edilərək, hər şey dəyişə bilər. Amerikalılar tank, pilotsuz uçuş aparatı və artilleriyanı verməyə hazırdır. Amerikalıların hazırladığı zabitlərimiz indi sizin hərbçiləri hazırlaşdırır. Bizim zabitlərimiz Ukrayna əsgərlərinin dünyada ən yaxşı döyüş ruhuna malik olduğunu deyir. Əgər sizin hərbçilərə lazımi bilik, təcrübə və silah verilərsə, Ukrayna döyüşçüləri bütün Rusiyanı tuta bilər”.

Saakaşvili əmindir ki, böyük ehtimalla ABŞ Ukraynaya yardım edəcək.

Saakaşvili deyib: “Amerikalılar Ukrayna xalqının mübarizəsini gördü. Onlar Ukraynanın ABŞ-ın yüksək qiymətləndirdiyi demokratik dəyərləri qorumasını da gördülər”.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR