Dünya
Hakan Fidanı o əvəzləyir – MİT-in yeni şefi də Gülənin düşməni ola bilər
İstefa verən MİT rəhbəri Hakan Fidanın yerinə onun keçmiş müavini, İctimai Təhlükəsizliyin Müdafiəsi qurumunun rəhbəri Muhemmed Dərvişoğlu gələ bilər.
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Bülent
Arınç deyib.
Arınc Dərvişoğlunun təhlükəsizlik məsələlərini Hakan Fidan qədər
bildiyini deyib.
“Mən bunun dəqiq belə olacağını deyə bilmərəm. Bu mənim fikrimdir.
Amma MİT rəhbərinin yeri boş qalmayacaq”, - deyə o bildirib.
Dərvişoğlu kimdir?
Hakan Fidan MİT-ə şef gələrkən müavin heyətini dəyişsə də, ona
toxunmamışdı. Hətta MİT-in bir çox vacib qurumları ona tabe idi.
Ona Fidanın sağ qolu deyilirdi.
Türkiyə ictimaiyyəti onu 2012-ci ildə “Qanunsuz mal saxlamaq, gizlətmək və mənimsəmək” maddəsi ilə haqqında açılan cinayət işi ilə tanıyıb. Bu cinayət işi 2011-ci il 16 noyabr tarixində Ankara Baş prokurorluğuna göndərilən bir məktubla başlamışdı. Prokuror ona 8 il həbs cəzası tələb edirdi. Maraqlıdır ki, prokurorluq Dərvişoğlu haqda Baş nazirlikdən icazə almadan cinayət işi açmışdı. Buna səbəbsə məşhur Ərdoğan-camaat davası idi. Dərvişoğlu bu qarşıdurmanın qurbanı olacaqdı. Lakin nəticədə bəraət aldı.
Qeyd edək ki, Hakan Fidan camaata qarşı sərt mövqeyi ilə seçilirdi. Ehtimallara görə, onun yerinə gələcək adam da eyni mövqedə olacaq.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK