İçində 200 sərnişin olan bərə yoxa çıxıb
Bizi izləyin

Dünya

İçində 200 sərnişin olan bərə yoxa çıxıb

İndoneziyanın təhlükəsizlik qüvvələri iki gündür itkin düşən “Taruna Makmur” adlı bərəni axtarır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bərə Pare-Paredən (Cənubi Sulavesidə əyalət) Tancunq (Şərqi Kalimantanda əyalət) limanına gedirmiş. Verilən məlumata görə, bərədə 197 sərnişin olub.

İndoneziyanın Balikpapan limanının axtarış-xilasedici xidmətinin rəhbəri Hendra Sadirman deyib: “Görünür, bərə limanda qeydiyyatdan keçmədən Pare-Paredən çıxıb. Pare-Pare-Tancunq marşrutunda heç bir gəmi belə bir ad daşımır”.

Xilasedicilər digər limanlarla da əlaqə saxlayıb. Onlar hətta Senqata hərbi-dəniz limanı ilə də əlaqə saxlamalı olub. Lakin “Taruna Makmur” bərəsi haqda heç bir rəsmi informasiya daxil olmayıb.

Qeyd edək ki, son günlər Pare-Pare-Tancunq marşrutunda pis hava müşayiət olunur. Mütəxəssislərin fikrincə, əgər belə bir bərə mövcud olubsa, onun suda batma ehtimalı var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm