Bağdadda partlayış: 22 ölü
Bizi izləyin

Dünya

Bağdadda partlayış: 22 ölü

İraqın paytaxtı Bağdadda şənbə günü törədilən silsilə hücumlar 22 nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb.

Alsumaria telekanalının yaydığı xəbərə görə, terrorçu-kamikadze partlayıcı qurğunu şiələrin üstünlük təşkil etdiyi Bağdad-əl-Cədid (Yeni Bağdad) rayonundakı restoranlardan birində işə salıb. Partlayış nəticəsində 13 nəfər həlak olub, 41 nəfər yaralanıb.

İkinci partlayış da Bağdadın mərkəzində törədilib. Bu dəfə terrorçu özünü izdihamlı bazardakı ticarət sıralarının arasında partladıb. Hələlik orada 9 nəfərin öldüyü və 32 nəfərin yaralandığı məlumdur.

Xarici KİV-lərin yaydığı son məlumata görə, Bağdadda törədilən silsilə terror aktları nəticəsində həlak olanların sayı artaraq 37 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm