Krım probleminin bilinməyən tərəfləri – FOTOLAR
Bizi izləyin

Dünya

Krım probleminin bilinməyən tərəfləri – FOTOLAR

İndi dünya mediası Krımla bağlı müxtəlif xəbərlər və şərhlər yazırlar, materiallar yayırlar. Ancaq Krımla əlaqədar ən önəmli məsələ nədənsə indiyədək heç kəsin diqqətin çəkməyib. Söhbət Rusiyanın Krımı özünə birləşdirməkdə əsas məqsədindən gedir. Bu, Krımdakı zəngin neft yataqları ilə bağlıdır. Yəqin ki, Rusiyanın bu qədər riskə gedərək, dünya birliyinin gözü qarşısında Krıma səbəbsiz yerə girməsi heç kəsdə şübhə doğurmaz. Əslində, Rusiyanın Krıma əl qoymasının gerçək səbəbləri var və bu da neft amilidir. Təsadüfi deyil ki, son illər bir çox geoloqlar Krımda zəngin neft-qaz ehtiyatlarının olduğunu bəyan edirdilər.

Digər tərəfdən isə Krım Avropaya istiqamətlənən mühüm və böyük enerji layihələrinin “giriş qapısı” hesab olunur. Rusiya bununla həm də Avropanın özünün enerji asılılığında saxlamağı gələcək hədəflərindən birinə çevirib. Avropanın Rusiyadan enerji asılılığı hələ də qalır. Hətta, hesablamalara görə indinin özündə də Rusiya Avropanın bir nömrəli enerji alıcısıdır. Rusiya Krımı özünə birləşdirməklə bu təhdid rıçaqlarını daha da möhkəmləndirmiş oldu. Əgər 2013-cü ildə Avropanın enerjiyə olan ehtiyacının 46 faizi (bura neft və neft məhsulları, təbii qaz və kömür) Rusiya tərəfindən təmin olunurdusa, hazırda bu rəqəm 70 faizə yüksəlib.

2013-cü ildə Azərbaycan dövləti öz neftini Avropaya nəql etmək üçün Krımla razılığa gəlmişdi. Yəni, Krım Azərbaycan neftinin Avropaya daşınmasında tranzit körpü rolunu oynaya bilirdi. Eyni zamanda Azərbaycan Krımın şimalında bir neft istehsalı müəssisəsinin qurulmasını da təklif etmişdi. Ancaq Krımda keçirilən referendumdan sonra bu bölgə Rusiya ərazisinə qatılmış oldu. Burada diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, Krım müstəqil olandan sonra Ukraynanın Qara və Azov dənizlərində olan neft və qaz ehtiyatları Rusiyanın nəzarətinə keçib.

Baxmayaraq ki, Krım tərəfi yaranan vəziyyəti öz mülkiyyətləri kimi təqdim etsə də, ancaq reallıq fərqlidir.

Bu yaxınlarda Kırım tərəfi Ukraynanın “Naftogaz” (“Neftqaz”) şirkətinə aid olan “Chornomornaftogaz” da daxil olmaqla, digər Ukrayna enerji şirkətlərinin də özəlləşdiriləcəyini bəyan edib. Bundan əlavə, 2013-cü ildə çıxarılan təbii qazın 8 faizi “Chornomornaftogaz” şirkətinin fəaliyyətinə aid edilib. Bütün bu enerji şirkətlərinin özəlləşdirilməsi Ukraynanın Qara dənizdəki enerji ehtiyyatlarından tamamilə məhrum edəcək. Bu gün Krım yarımadasında təkcə “Chornomornaftogaz” şirkətinin payına düşən mavi qaz ehtiyatının 66 milyard km³ həcmində olduğu güman edilir.

Təsadüfi deyil ki, Avstriyanın enerji nəhəngi olan “OMV” şirkəti Krımda baş verən hadisələrə görə neft-qaz axtarışı işlərini olaraq dayandırıb. Bu şirkətin ardınca, ABŞ-ın “Exxon Mobil” və İtaliyanın enerji nəhəngi sayılan “Eni” şirkəti də Qara dənizin Krıma aid olan hissəsində neft-qaz axtarışı fəaliyyətlərini dayandırıb. Hətta, Ukrayna Rusiyadan enerji asılılığını əldə etmək üçün ABŞ-ın enerji şirkəti olan “Exxon Mobile” ilə 2015-ci ilin əvvəlində 26 milyard km³ təbii qazın çıxarılması barədə razılaşma sənədi imzalayıb.

Sadalanan faktlar bir daha onu göstərir ki, indi dünyanın zəngin neft-qaz ehtiyatları ilə zəngin olan regionları siyahısına daha biri əlavə olunur. Bu, Krım yarımadasıdır. Hazırda Qara dənizin Kırım hissəsi enerji resursları ilə zəngin olan bölgə kimi təxmin edilir. Ona görə də “Royal Dutch Shell”, “OMV” və Ukrayna dövlətinin “NAK Nadra” enerji şirkətləri birgə Qara dənizdə neft və qaz axtarışları işinə başlayıblar. Bu yeni razılaşma 735 milyon dollar dəyərindədir.

İtaliyanın enerji nəhəngi sayılan “Eni” şirkəti isə 2013-cü ildə Krımda neft və qaz axtarışları işini başladıb. Bu razılaşmaya görə, “Eni” bu axtarış işlərinə görə 50 faiz paya malikdir.

Fransanın “Electricite de France” 5 faiz, Ukraynanın “Vody Ukrainy” 35 faiz, “Chornomornaftogaz” şirkəti isə 10 faiz paya sahibdir.

Bundan əlavə, Şərqi Ukraynada da böyük həcmdə metan qazı ehtiyatları kəşf olunub ki, bu da dünya üzrə olan ehtiyatların 4 faizini təşkil edir.

Bütün bu göstəricilər sonda onu deməyə əsas verir ki, Krımda kəşf edilən və hələlik istifadə edilməyən enerji ehtiyatları faktiki olaraq Rusiyanın əlində qalıb. İndi Rusiya yeni enerji potensialına sahib olmaqla yanaşı, Avropanı enerjiyə həsrət qoymaq və özünün enerji asılılığında saxlamaqda irəliyə daha bir addım atmış olur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm