Dünya
Permyakov erməni ailəsini niyə qırdı? – VERSİYALAR
Rus əsgəri Valery Permyakovun Ermənistanın Gümri şəhərində bir ailəni qırmasının səbəbləri araşdırılır.
Publika.az-ın məlumatına görə, Ermənistanın İstintaq Komitəsi bununla bağlı versiyalar üzərində iş aparıldığını bildirib.
"Cəmiyyətdəki marağı nəzərə alaraq, bildiririk ki, zərərçəkən ailənin üzvlərinin təqsirləndirilən şəxs Permyakovla Rusiyada əlaqələrinin olması haqda versiya araşdırılarkən məlum olub ki, öldürülən Asmik və Aida Avetisyanlar 2005-ci ildən qətl törədilənə qədər Ermənistanı tərk etməyiblər. Seryoja və Armen Avetisyanlar isə periodik olaraq Moskva, Krasnodar, Anapa, Soçi və Rostova gedib gəlirmişlər. Bu versiyanın araşdırılması davam edir" - deyə bəyanatda qeyd edilir.
Bundan başqa Permyakovun qətl törətdiyi gün hərəkət marşrutunun öyrənilməsi üçün itlərdən istifadə etməklə istintaq tədbirləri görülüb. Bu göstəricilər onun telefonundakı məlumatlarla tutuşdurulur.
Permyakovun əqli cəhətdən zəif olması barədə şübhələrin yoxlanması üçün Rusiyanın dövlət orqanlarına müvafiq sorğu da göndərilib. Oradan məlumat gələndən sonra Permyakovun müayinəsi üçün ekspertiza təyin olunacaq.
Rusi əsgərinin yanvarın 12-də bir ailənin 7 üzvünü öldürməsi Ermənistanda etirazlara səbəb olub və keçirilən aksiyalarda onun Ermənistana verilməsi tələb edilib. Rusiya bundan imtina edir, amma işin istintaqında erməni müstəntiqlərin də iştirakına icazə verib.
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO