İordaniya son 3 gündə İŞİD-ə 56 zərbə endirib
Bizi izləyin

Dünya

İordaniya son 3 gündə İŞİD-ə 56 zərbə endirib

Son üç gündə İordaniya Hərbi Hava Qüvvələri tərəfindən İslam Dövləti təşkilatının istehkam və təlim düşərgələrinə 56 raket zərbəsi endirilib.

Publika.az xəbər verir ki, bu barədə İordaniya Hərbi Hava Qüvvələrinin komandanı general Mansur əl-Cbour açıqlama verib. “Biz qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Biz onları yer üzündən silməyə hazırlaşırıq”, – general əlavə edib.

İordaniya Hərbi hava Qüvvələrinin zərbələri əsasən Suriyada İŞİD-in paytaxtı sayılan Raqqa şəhərinə endirilir. Lakin konkret hədəflər açıqlanmır.

Qeyd edək ki, iordaniyalı pilot İŞİD tərəfindən diri-diri yandırıldıqdan sonra İordaniya kralı qisas barədə əmr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm