Dünya təhlükədə: Yelloustoun vulkanı aktivləşir
Bizi izləyin

Dünya

Dünya təhlükədə: Yelloustoun vulkanı aktivləşir

“ABŞ-dakı Yelloustoun vulkanı yaxın günlərdə oyana bilər”.

Axar.az “tvzvezda.ru” saytına istinadən xəbər verir ki, bu iddia ilə amerikalı vulkanoloq Henka Hesler çıxış edib. O, son günlər Yelloustoun vulkanı yaxınlığında 60 yeraltı təkanın qeydə alındığını bildirib: “Bu vulkan püskürsə, onun qatı dumanı bütün dünyanı bürüyəcək və yerin iqlimi dəyişəcək. Yelloustoundan ən çox əziyyəti Amerika çəkəcək. O, təxminən iki həftə sonra oyana bilər”.

Qeyd edək ki, alimlər Yelloustoun vulkanının 30 min ildən bir oyandığı qənaətindədirlər. Bəzi vulkanoloqların iddiasına görə, bu vulkan sonuncu dəfə hətta 60 min il əvvəl püskürüb. Xatırladaq ki, Yelloustoun vulkanının püskürməsi ABŞ-da dünyanın sonunun başlanğıcı kimi qəbul edilir və bu mövzulu film və romanların süjetlərində də bunu müşahidə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm