Ukraynanın taleyi fevralın 11-də Belarusda həll olunacaq
Bizi izləyin

Dünya

Ukraynanın taleyi fevralın 11-də Belarusda həll olunacaq

Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri birgə telefon danışığı zamanı Ukraynada döyüşlərə son qoymağı nəzərdə tutan sülh planını müzakirə ediblər.

Publika.az xəbər verir ki, danışıqlar zamanı 4 lider fevralın 11-də Belarusun paytaxtı Minskdə görüşüb Ukrayna böhranından çıxmağın yollarının tapılması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.

Sülh planı sentyabr ayında Minskdə əldə olunan, ancaq iflasa uğrayan atəşkəs razılığına əsaslanır. Buna baxmayaraq ABŞ Dövlət Departamenti rəsmisi bu dəfəki təflifin daha təfərrüatlı olduğunu bildirib.

Cənab Olland deyib ki, bu, Ukraynada döyüşlərə son qoymaq üçün son fürsətdir. Xanım Merkel isə razılığın əldə olunub-olunmayacağının məlum olmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm