Uşaq doğ, ipoteka borcunu ödə...
Bizi izləyin

Dünya

Uşaq doğ, ipoteka borcunu ödə...

Rusiyada 1992-ci ildən başlayaraq ölüm göstəricisi doğum göstəricisindən yüksək olub. Yalnız ötən il doğum göstəricilərində irəliləmə müşahidə edilib. Bu da dövlətin illərdir həyata keçirdiyi layihələrin nəticəsi kimi dəyərləndirilir.

Hazırda qonşu ölkədə iqtisadi vəziyyət sanksiyalar ucbatından bir o qədər də ürəkaçan olmasa da, çoxuşaqlı analara yenə diqqət və qayğı var.

Məsələn, Rusiyanın Mordoviya vilayətində ailədə 2-ci uşaq doğularsa, 10 faiz, 3-cü uşaqdan sonra isə 20 faiz ipoteka borcundan azad edilirdilər.

İndi isə Mordoviyada yeni qanun qəbul edilib. Mordoviyanın başçısı Vladimir Volkov bəyan edib ki, ailədə 4-cü uşaq doğularsa, valideynlər dərhal götürdükləri ipoteka borcundan azad olunurlar.

Yəni çoxuşaqlı ailələr pulsuz evlə təmin olunurlar. 3-cü usağı olanların isə ipoteka borcunun 30 faizi silinəcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm