Ukrayna müxalifəti inzibati binaları boşaldır
Bizi izləyin

Dünya

Ukrayna müxalifəti inzibati binaları boşaldır

Ukrayna müxalifətinin tərəfdarları bundan əvvəl zəbt etdikləri şəhər administrasiyalarının binalarını boşaltmağa və Kiyevin mərkəzi Qruşevski küçəsində quraşdırdıqları barrikadaları sökməyə başlayıblar.

Ukrayna müxalifətinin tərəfdarları bundan əvvəl zəbt etdikləri şəhər administrasiyalarının binalarını boşaltmağa və Kiyevin mərkəzi Qruşevski küçəsində quraşdırdıqları barrikadaları sökməyə başlayıblar.

Fevralın 17-dək hökumət binalarının azad edilməsi və küçələrin mühasirəsinin aradan qaldırılması Ukraynada kütləvi iğtişaşların iştirakçılarına münasibətdə qüvvəyə minmiş amnistiya haqqında qanunun əsas şərtidir.

Müxalif "Batkivşina" partiyasından Radanın xalq deputatı Arsen Avakov öz "facebook" səhifəsində yazıb ki, müxalifət tərəfdarları bazar gününə keçən gecə Ternopol, İvano-Frankovsk, Lvov və Poltava şəhər administrasiyalarının binalarını boşaldıblar, bu gün isə dekabrın 1-də zəbt edilmiş Kiyev şəhər administrasiyasının binasının azad edilməsi planlaşdırılır.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm