Donetskə ağır zərbə: 200 separatçı öldü, 20 “Qrad” məhv edildi - VİDEO
Bizi izləyin

Dünya

Donetskə ağır zərbə: 200 separatçı öldü, 20 “Qrad” məhv edildi - VİDEO

Ukrayna ordusu artilleriya zərbələri ilə Rusiya qoşunlarının Donetskdəki böyük döyüş sursatı anbarını partladıb.

Publika.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Ukrayna Ali Radasının xalq deputatı Dmitri Yaroş yazıb.

Onun məlumatına görə, Ukrayna artilleriyası separatçıların 20 ədəd “Qrad” reaktiv yaylım atəşi sistemi və döyüş komplekslərini məhv edib.

“İlkin informasiyaya görə düşmənin 20 “Qrad” reaktiv yaylım atəş sistemi və 30 BK zirehli avtomobil məhv edilib. Düşmənin canlı itkisi isə 200 nəfərdir. Partlayış Donetskdə həyəcana səbəb olub. Gecəniz xeyir və Qəhrəmanlara Şöhrət”, - xalq deputatı yazıb.

Məlumata görə, partlayış çox güclü olub. Partlayışın səsi Donetsk şəhərinin bütün rayonlarında eşidilib. Hadisə anında sakinlər şəhərin üstündə böyük parıltını müşahidə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm