Norveçi qasırğa cənginə alıb
Bizi izləyin

Dünya

Norveçi qasırğa cənginə alıb

Norveçin Şimal əyalətləri “Ole” qasırğasından zərər çəkib. İki gün davam etmiş qasırğa nəticəsində Norveçin şimalındakı üç əyalətdə bir neçə min evin işığı kəsilib, yolların çoxu bağlanıb. Küləyin sürəti saniyədə 40 metrə çatıb.

Qasırğa Stavanger və Tromsö şəhərlərində daha çox ziyan vurub. Hava şəraitinin pisləşməsi səbəbindən aviareyslərin çoxu ləğv edilib. Regiondakı quru və dəniz yollarında sərnişindaşıma reysləri də təxirə salınıb. Bu bölgədə olan kruiz layner və gəmiləri qasırğa səngiyənə qədər yaxınlıqdakı təhlükəsiz limanlara göndərilib.

Polisin hesabatında göstərilir ki, təbii fəlakət nəticəsində insan tələfatı barədə hələlik heç bir məlumat yoxdur, çünki asayiş keşikçiləri sakinlərə əvvəlcədən xəbərdarlıq ediblər ki, evlərini tərk etməsinlər və nəqliyyat vasitələrindən yalnız zəruri hallarda istifadə etsinlər.

Lakin “Ole” qasırğası ölkəyə ciddi maddi ziyan vurub. Məsələn, sahil bölgələrində güclü külək nəticəsində evlərin damları və binaların örtükləri uçub, elektrik xətləri qırılıb. Telefon stansiyaları zədələndiyinə görə mobil rabitənin işində fasilə yaranıb. Yolların çoxu hələ də bağlıdır, kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm