• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Fransada yenə atəş: Marseldə polisi avtomatlardan atəşə tutdular

  • Dünya
  • 9 Fevral 2015 16:41
  • 345 Baxış
Fransada yenə atəş: Marseldə polisi avtomatlardan atəşə tutdular

“Kalaşnikov” avtomat silahları ilə silahlanmış insanlar Fransanın Marsel şəhərində polisə atəş açıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə dəniz limanının yaxınlığında baş verib.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr cəlb olunub. Məlumata görə, atəşə məruz qalanlar arasında şəhərin polis rəisi Pyer-Mari Burnikel də olub. Onun vəziyyətinin necə olduğu barədə məlumat verilməyib.

Qeyd olunur ki, polis əməkdaşları iki silahlı qrup arasında baş verən qarşıdurma zamanı atəşə tutulub. Bildirilir ki, qruplaşmalardan biri ərazidə narkoticarət üzərində nəzarəti təmin etməyə çalışırmış.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR