Rusiya politoloqu: “Sülhün istənilən düsturu Moskvadan asılı olacaq”
Bizi izləyin

Dünya

Rusiya politoloqu: “Sülhün istənilən düsturu Moskvadan asılı olacaq”

“Rusiya Merkel və Ollandın sülh planına münasibətini xarici işlər naziri Sergey Lavrov vasitəsilə Münhen Təhlükəsizlik Konfransında, Rusiya prezidenti Vladimir Putin vasitəsilə isə Misir nəşrinə müsahibəsində açıqlayıb”.

Publika.az “censor.net.ua” saytına istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Liliya Şemsova deyib.

Rusiya politoloqu Almaniya kansleri Angela Merkelin Rusiya prezidentinə sülh planına münasibət bildirmək üçün vaxt verməsi barədə səsləndirilən iddiaları şərh edib. Qeyd edək ki, belə bir iddia özünün diplomatik mənbələrinə istinadən ABŞ-ın “Wall Street Journal” nəşri çıxış edib. “Wall Street Journal” diplomatik mənbəyinə istinadən iddia edir ki, Merkel Minsk sammitində Ukrayna böhranının həlli üzrə yeni “yol xəritəsi”ninin rədd ediləcəyi halda, Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib. Merkel həmçinin Putinə bildirib ki, sülh planından imtina olunacağı halda Almaniya və Fransa Ukraynaya ölüm silahlarının çatdırılması ilə bağlı ABŞ-ın planlarına mane olmayacaq.

“Rusiyanın mövqeyi aydındır. Birincisi, Rusiya Qərbə öz münasibətini dəyişdirmir və beləliklə, strateji mövqe əvvəlki kimi qalır. İkincisi, Rusiya Qərbi Ukraynada dayandırmaqda israrlıdır. Üçüncüsü, Rusiya Ukraynada konstitusiya islahatlarına ehtiyac olması barədə mövqeyindən geri çəkilməyib. Moskva hesab edir ki, onun Rusiyadakı maraqları nəzərə alınmaldır. Bu isə o deməkdir ki, Rusiya Ukraynanın daxili işlərinə qarışmağa davam edəcək”, - rusiyalı ekspert qeyd edib.

Liliya Şemsova hesab edir ki, sülhün istənilən düsturu Moskvanın artıq elan olunan strateji mövqeyindən asılı olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm